Gürcüstanda marixuanadan istifadəyə görə həbs cəzası ləğv olunub

Gürcüstanda marixuanadan istifadəyə görə həbs cəzası ləğv olunub
25 Dekabr 2016
Mətni dəyiş
Gürcüstanda kiçik dozada marixuanadan şəxsi məqsəd üçün istifadəyə görə həbs cəzası ləğv olunub.
APA-nın  Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, müvafiq qərar ölkənin Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilib.
Qərara əsasən, məhkəmə marixuanadan şəxsi məqsəd üçün istifadəyə görə həbs cəzası nəzərdə tutan normanı Konstitusiyaya zidd hesab edib.
Təşəbbüsü Gürcüstanın ombudsmanı irəli sürüb. Ombudsman marixuanadan istifadəyə görə həbs cəzasını həddindən artıq sərt olduğunu iddia edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun