“Gündəlik Bakı” qəzetinin baş redaktoru saxlanılıb

“Gündəlik Bakı” qəzetinin baş redaktoru saxlanılıb
7 Dekabr 2016
Mətni dəyiş
Dekabrın 6-da Dövlət Təhlükəsizlik Xidməti (DTX) “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevi saxlayıb. “Gündəlik Bakı” qəzetinin redaksiyası “Azərbyacan” nəşriyyatında yerləşir.
Bu barədə Amerikanın Səsinə “Azərbaycan” nəşriyyatındakı mənbələrdən bəlli olub.
DTX jurnalistin saxlanmasının səbəbləri ilə bağlı hələ rəsmi məlumat yaymayıb.
Bir neçə gün əvvəl DTX “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevi saxlayıb.
Müşahidəçilər hesab edir ki, DTX-nin keçirdiyi əməliyyatlar jurnalist adından sui-istifadə edərək insanlardan pul tələb etmənin qarşısını almağa yönəlib.
Azərbaycan Mətbuat Şurası hər iki qəzeti bir neçə il öncə “qara siyahısı”na daxil etməsinə baxmayaraq həmin nəşrlərə qarşı təsirli tədbirlər görulməyib.
Bəzi yerli nəşrlər hər iki qəzetin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş yüksək vəzifəli şəxsləri ilə bağlı olduğunu yazır. Belə ki, yerli saytlar yazır ki, keçmiş MTN-nin hazırda həbsdə olan yüksək vəzifəli şəxsləri bu qəzetlər vasitəsi ilə biznesmenləri şantaj edib,böyük məbləğlərdə rüşvət alıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun