ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Goldman Sachs rəhbəri Gary Cohn-un prezidentin iqtisadi siyasət üzrə köməkçisi və Milli İqtisadi Şüranın rəhbəri vəzifəsinə təyin etməsi barədə planlarını açıqlayıb. "O, işçilərin əmək haqqı səviyyəsini artıracaq, xaricə axınların qarşısını alacaq və amerikalılar üçün yeni imkanlar yaradacaq iqtisadi siyasəti formalaşdırmağa kömək edəcək", - deyə Tramp qeyd edib. WSJ, Cohn-un Trampın komandasına düşən ilk Goldman Sachsla əlaqəsi olan şəxs olmadığını bildirib. Daha öncə bankın keçmiş əməkdaşı Steven Mnuchin-in ABŞ Maliyyə naziri olaraq seçilmişdi. Əsasən institutional müştərilərlə işləyən, Goldman Sachs Group, dünyanın ən böyük banklarında və maliyyə konqlomeratlarından biridir.