Ermənistanda benzin və dizel yanacağı sürətlə ucuzlaşır

Ermənistanda benzin və dizel yanacağı sürətlə ucuzlaşır
20 Dekabr 2016
Mətni dəyiş
Ermənistanda benzin və dizel yanacağının qiymətləri düşməkdə davam edir.
Armenpress agentliyinin verdiyi məlumata əsasən, dekabrın 15-də Premium markalı benzinin bir litri 350 dram (0, 70 dollar), Regular markalı benzinin 1 litri 330 dram (0, 68 dollar), dizelin 1 litri isə 320 dram (0, 66 dollar) idi. Hazırda isə bu yanacaqlarınhər biri 10 dram ucuzlaşıb.
Ermənistan İqtisadi Rəqabətin Müdafiəsi Dövlət Komitəsinin sözçüsü Qayane Saakyan Armenpress agentliyinə deyib ki, komitə bazardakı prosesləri diqqətlə monitorinq edir.
Armenpress xəbər verir ki, ötən oktyabrda yanacağın qiymətləri 20-30 dram düşmüşdü.
Xanım Saakyan yanacağın ucuzlaşmasını bazardakı rəqəbətlə əlaqələndirir. Onun sözlərinə görə bazarda yanacağı çox aşağı qiymətlərlə idxal edən firma peyda olub.
Bazara sentyabrda daxil olan bu şirkət yanacağı Rusiya və Rumıniyadan alır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun