Dollar manata qarşı ən yüksək həddə çatdı

Dollar manata qarşı ən yüksək həddə çatdı
6 Dekabr 2016
Mətni dəyiş
Dekabrın 6-sı Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. AMB-dən verilən məlumata görə, hərrac 1 ABŞ dolları üzrə 1.7339 məzənnəsi ilə başlayıb və 1.7369 ilə yekunlaşıb.
Azadlıq Radiosunun məlumatına görə, oktyabrın 5-dən AMB manatın məzənnəsini yeni yolla müəyyənləşdirməyə başlayıb. Bundan ötrü yeni hərrac mexanizmi də yaradılıb. Yeni mexanizm bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.
Sentyabrın əvvəllərindən manat dollara nisbətən möhkəmlənirdi. Oktyabrın 10-dan dollar manata nisbətən yenidən dəyər qazanmaqdadır.
2006-ci il yanvarın 1-də manatın denominasiyasından sonra heç vaxt ABŞ dolları Azərbaycanda bu həddə yüksəlməyib. Onda 1 yeni manat 5000 köhnə manata bərabər götürülmüşdü.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun