Dini radikallığı təbliğ edən 55 adda kitabın Azərbaycana gətirilməsi qadağan olunub

Dini radikallığı təbliğ edən 55 adda kitabın Azərbaycana gətirilməsi qadağan olunub
27 Dekabr 2016
Mətni dəyiş
“2016-cı il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dini məzmunlu 1451 adda ədəbiyyata baxılıb, rəy verilib. Dini radikallığı təbliğ edən 55 adda kitabın Azərbaycana gətirilməsinə icazə verilməyib”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, ölkədə çap olunmaq məqsədiylə 240 adda dini ədəbiyyat ekspertizadan keçirilib, onlardan üçündə dini dözümsüzlüyü təbliğ edən fikirlər aşkarlandığı üçün nəşri məqsədəuyğun sayılmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun