“Danabaş kəndinin əhvalatları” kitabı Türkiyə türkcəsində oxuculara təqdim olunub

“Danabaş kəndinin əhvalatları” kitabı Türkiyə türkcəsində oxuculara təqdim olunub
13 Dekabr 2016
Mətni dəyiş
Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” kitabı Türkiyə türkcəsində oxuculara təqdim olunub.
Bu barədə Abzas-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsinə başlanılıb. Layihə çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, ilkin mərhələdə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçirilir.
Layihə üzrə Yusuf Vəzir Çəmənzəminli “Kan içinde. İki ateş arasında” romanının ardınca Cəlil Məmmədquluzadənin “Danabaş köyünün hikayeleri” kitabı türkiyəli kitabsevərlərin ixtiyarına verilib.
Qeyd edək ki, kitabları Türkiyə türkcəsinə Azərbaycan əsilli, tanınmış şair-yazıçı Yurtseven Şen çevirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun