CHP liderinin baş müşaviri həbs edilib

CHP liderinin baş müşaviri həbs edilib
6 Dekabr 2016
Mətni dəyiş
Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıçdaroğlunun baş müşaviri Fatih Gürsul saxlanılıb.
“Hürriyet”ə istinadən verilən məlumata görə, F. Gürsul İstanbul Cümhuriyyət Baş Prokurorluğunun təlimatı əsasında Ankarada saxlanılıb və evində axtarış aparılıb.
F. Gürsul “Fətullahçı Terror Təşkilatı” (FETÖ) üzvü olmaqda ittiham edilir. Onun fətullahçıların internetdə gizli yazışmalar məqsədilə istifadə etdiyi “ByLock” proqramının istifadəçisi olduğu bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun