Bolqarıstanda qaz sisternləri partlayıb

Bolqarıstanda qaz sisternləri partlayıb
11 Dekabr 2016
Mətni dəyiş
Bolqarıstanda 23 qaz sisternini daşıyan qatar relslərdən çıxdıqdan sonra sisternlərdən bəziləri partlayıb. 
İnsident Xitrinoda (Şumen əyaləti) şənbə, dekabrın 10-da baş verib.
Hadisə nəticəsində 4 nəfər ölüb, 20 nəfər ağır zədələnib. Ağır yanıqları olan zərərçəkmişlər xəstəyanaya yerləşdirilib. Bəzi mənbələrdə ölənlərin sayının 5 olduğu bildirilir.
Bolqarıstan DİN-in baş katibi Georgiy Kostov hadisədən sonrakı dağıntıları təbii fəlakətin nəticələri ilə müqayisə etmişdir. Onun sözlərinə görə, partlayış dalğası çox dağıdıcı olub.
Hökumət nümayəndələri hadisə yerində yenidən partlayış olacağından ehtiyat etdiyindən, yaxınlıqdakı yaşayış yerlərinin sakinlərini evakuasiya ediblər.
Baş nazirin səlahiyyətlərini icra edən Boyko Borisov hadisə yerinə gəlmiş, öz facebook hesabından vətəndaşları qan verməyə çağırmışdır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun