BMT: "Hələbdə dinc sakinlərə qarşı qatliam törədilir"

BMT: "Hələbdə dinc sakinlərə qarşı qatliam törədilir"
13 Dekabr 2016
Mətni dəyiş
Suriyanın hökümət yönümlü qüvvələri şərqi Hələbdə evlərə girərək azı 82 dinc sakini öldürüb, BMT bildirir.
BMT-nin insan haqları qurumu Hələbin dörd ərazisində 82 dinc sakinin yerindəcə güllələndiyi barədə etibarlı məlumatın olduğunu bəyan edib.
BMT-nin sözçüsü deyib ki, "Hələbdə insanlıq tamamilə çöküb".
Şərqi Hələbi dörd il idarə edən üsyançı qüvvələr məğlübiyyət eşiyindədir.
Deyilənlərə görə hökümət yönümlü qüvvələr irəli getdikcə minlərlə insan hələ də üsyançıların əlində qalan son məhlələrdə ağır bombardman altındadır.
BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Suriya hökuməti və Rusiyaya bombardmanı dayandıraraq dinc sakinlər üçün təhlükəsiz çıxış yolu açmağa çağırıb.
Küçələr meyitlərlə doludur
Cenevrədə keçirilən mətbuat konfransında BMT-nin insan haqları sözçüsü Rupert Colville baş verən hadisələr barədə məlumat verib.
O deyilənlərə görə qeyd edir ki, 11 qadın və 13 uşaq daxil olmaqla, 82 dinc sakin güllələnərək öldürülüb.
Colville deyir ki, ona çoxsaylı dinc sakinin hökumətyönlü qüvvələr tərəfindən tutulmasından əlavə, döyüşçülərin "evlərə girib qadın və uşaqlar da daxil olmaqla, içəridə tapdıqları hər kəsi öldürdükləri" barədə məlumatlar verilib.
"Dünən axşam bizə narahatedici xəbər gəlib ki, küçələr meyitlərlə doludur", o əlavə edib.
"Güclü bombardman və yerindəcə güllələnmə təhlükəsinə görə sakinlər meyitləri götürə bilmirlər", Rupert Colville qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun