Bakıda və Sumqayıtda bayram yarmarkaları təşkil ediləcək

Bakıda və Sumqayıtda bayram yarmarkaları təşkil ediləcək
19 Dekabr 2016
Mətni dəyiş
Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibəti ilə Bakıda 5, Sumqayıtda 2 yarmarka olacaq.
Kənd Təsərrüfatı Nazirlyinin mətbuat xidmətinin yaydığı məlumata görə, dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 24-31 dekabr  2016-cı il tarixlərində  fasiləsiz olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulmuşdur.
Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:
Bakı şəhəri üzrə:
  Xətai rayonu:
-Məzahir Rüstəmov  küçəsi, Bakı kinoteatrının yaxınlığı
 Nərimanov rayonu:
-Keşlə bazarının ərazisi;
 Səbail rayonu:
-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası
 Suraxanı rayonu:
-Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı  Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı
  1. Binəqədi rayonu :
-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.
Sumqayıt şəhəri üzrə (2 yerdə):
 -12-ci mikrorayon
 -köhnə avtovağzalın yanı
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaqdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun