Azərbaycanda neft hasilatının ardıcıl iki il 950 min tona qədər azalması proqnozlaşdırılır

Azərbaycanda neft hasilatının ardıcıl iki il 950 min tona qədər azalması proqnozlaşdırılır
26 Dekabr 2016
Mətni dəyiş
Azərbaycan hökuməti 2017-ci il üçün 39 mln 796,9 min ton neft hasilatı proqnozlaşdırır.
Hökumətin cari il üçün neft hasilatı ilə bağlı korrektə edilmiş proqnozu isə 40 mln 744,9 min tondur.
Yəni 2016-cı ildə Azərbaycanda neft hasilatında  ötən illə müqayisədə 944,1 min ton azalma müşahidə ediləcək.
Turan-ın məlumatlarına əsasən, 2017-ci ildə isə cari illə müqayisədə Azərbaycanda neft hasilatının azalması proqnozlara görə, 948 min ton və ya 2,32% təşkil etməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun