Azərbaycanda inflyasiya 12,1% olub

Azərbaycanda inflyasiya 12,1% olub
15 Dekabr 2016
Mətni dəyiş
Bu ilin 11 ayında Azərbaycanda illik hesablamada inflyasiya 12,1% olub. O cümlədən ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6 faiz bahalaşıb.
Dövlətstatkomun məlumatına görə, noyabrda istehlak qiymətləri orta hesabla  1,7% artıb. O cümlədən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,3 faiz bahalanıb.
Noyabrda oktyabrla müqayisədə düyü, un, qarabaşaq yarması, peçenye, makaron məmulatları, mal, qoyun və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, pendir və yumurta, yağlar, içkilər və s bahalanıb. DSK bir sıra meyvə və tərəvəzlərin (banan, alma, limon, naringi, xurma, şabalıd, kələm, göyərti və soğan) qiymətlərində ucuzlaşma müşahidə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun