Azərbaycanda futzal oyununda ölüm hadisəsi baş verib - VİDEO

Azərbaycanda futzal oyununda ölüm hadisəsi baş verib - VİDEO
10 Dekabr 2016
Mətni dəyiş
Mingəçevirdə keçirilən futzal oyununda ölüm hadisəsi baş verib.
ARB TV-nin məlumatına görə, Mingəçevir Türk Olimpiya mərkəzində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında futzal yarışı start götürüb. Yarış Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyinə həsr olunub.
Dünən start götürən yarışın növbəti günü Mingəçevirdə “Gəncə Gömrük” komandası “Bakı Terminal Gömrük xidməti”nin komandası ilə qarşılaşıb. Oyunun ikinci hissəsinin əvvəlində Gəncə komandasının üzvü Şəhriyar Əliyev qəflətən huşunu itirərək yerə yıxılıb.
Həkimlərin ilkin tibbi yardımına baxmayaraq, Şəhriyar Əliyev dünyasını dəyişib.
Nəticədə oyun təxirə salınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun