Azərbaycan Kubokunda 1/4 finalın cavab görüşlərinin təyinatları açıqlanıb

Azərbaycan Kubokunda 1/4 finalın cavab görüşlərinin təyinatları açıqlanıb
20 Dekabr 2016
Mətni dəyiş
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşlərinin bütün təyinatları açıqlanıb.
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verilən məlumata görə, Bakıda AZAL və "Qəbələ" komandaları arasında keçiriləcək matç Fariz Yusifova həvalə olunub.
"Neftçi" və "Zirə" komandalarının oyununu isə Ramil Diniyev idarə edəcək.
Azərbaycan Kuboku, 1/4 final mərhələsi, cavab oyunları
21 dekabr (çərşənbə)
13:00. "Kəpəz" - "İnter"
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu
15:00. "Sumqayıt" - "Qarabağ"
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
"Kapital Bank Arena"
16:00. AZAL - "Qəbələ"
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
"AZAL Arena" (“CBC Sport”, canlı)
17:00. "Neftçi" - "Zirə"
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
"Bakcell Arena"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun