Azərbaycan iqtisadiyyatı 4% azalıb

Azərbaycan iqtisadiyyatı 4% azalıb
14 Dekabr 2016
Mətni dəyiş
2016-cı ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 54 mlrd. 433,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9% az ümumi daxili məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,9% azalması olub.
Əlavə dəyərin 37,5%-i sənayedə, 10,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,3%-i tikinti, 6,7%-i nəqliyyat və anbar təsərrüfatı, 5,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə, 17,6%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5%-ini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 5649,9 manata bərabər olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun