Aviabiletlərin tarifləri artmayacaq [Rəsmi]

Aviabiletlərin tarifləri artmayacaq [Rəsmi]
9 Dekabr 2016
Mətni dəyiş
Bu yaxınlarda Tarif Şurası tərəfindən aviasiya yanacağının qiymətinin artırılması "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının aviabiletlərinin tariflərinə təsir etmir.
"Aviasiya yanacağının qiymətinin artırılması, şübhəsiz, xərclərimizə təsir göstərəcək, lakin sərnişinlər üçün aviabiletlərin tariflərinə təsir etməyəvcək. Biz vətəndaşlarımız üçün münasib qiymətə səyahət və işgüzar səfər etmək imkanını saxlamaq istəyirik", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
Bütün aviaşirkətlərdə olduğu kimi AZAL-ın aviabiletlərinin qiyməti uçuş tarixlərindən və reyslərdə yerlərin doluluğundan asılı olaraq formalaşır, deyə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin məlumatında bildirilir.
Xatırladaq ki, bu ilin fevral ayında "Azərbaycan Hava Yolları"-nın satış və uçuş sxemi aşağı büdcəli aviadaşıyıcıların təcrübəsi əsasında qurulan brendi AZALJET fəaliyyətə başlayıb.
Ümumilikdə, aviaşirkət 26 beynəlxalq istiqamət üzrə birbaşa aviareyslər, eləcə də Naxçıvan və Gəncəyə daxili reyslər yerinə yetirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun