"AMB-nin təklifləri bəlkə doğrudan da manatı qorumağa kömək edə bilər, amma.."

"AMB-nin təklifləri bəlkə doğrudan da manatı qorumağa kömək edə bilər, amma.."
6 Dekabr 2016
Mətni dəyiş
İqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkədə, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı çıxışı barədə yazıb. İqtisadçının fikirlərini təqdim edirik. 
Bu gün 2017-ci ilin büdcə müzakirələrində Mərkəzi Bankın rəhbəri bildirib ki, xarici borcları qaytarmaq, həmçinin investisiya layihələrini maliyyələşdirmək üçün hökumətin, bankların və başqa subyektlərin valyuta bazarına daxil olması problemlər yaradır.
Onun dediyinə görə, manatın məzənnəsinə əlavə təzyiqdən qaçmaq üçün həmin vəsaitlər üçün ehtiyac olan valyuta kütləsini bazara daxil olmadan əldə etmək lazımdır. Baş bankir bunu necə edəcəklərinin detallarını açıqlamayıb. Sadəcə deyib ki, borclar və investisiya probleminin bazardan kənarda həll olunmasına nail olmaqdan ötrü müəyyən təkliflər hazırlanır.
Necə həll olunacaq bu məsələ?
Ehtimallarımı deyim: "Valyuta tələb edən investisiya layihələri (TANAP, Star tipli) üçün istisnasız olaraq yalnız xarici borclanma hesabına həyata keçiriləcək. Məlumdur ki, son 2 ildə həm dövlət büdcəsindən, həm də Neft Fondundan xaricdəki layihələrə böyük həcmli vəsaitlər ayrılır. Manatla ayrılan vəsaitlər isə təbii ki, bazarda xarici valyutaya çevrilərək ölkədən çıxır. Bu ehtimalın gerçəkləşməsi o deməkdir ki, yaxın illərdə ölkənin xarici borclanma səviyyəsi sürətlə artacaq. Lazım olan anda borc tapılmasa, ölkənin valyuta ehtiyatlarının büdcədənkınar istifadəsi təmin olunacaq".
İkinici ehtimal budur ki, bank sektorunun, digər şirkətlərin, hökumətin xarici borclarını ödəmək üçün Neft Fondunun likvid vəsaitlərindən istifadə oluna bilər. Artıq Beynəlxalq Bankın 1 mlrd. dollar xarici borcunun qaytarılmasında bu variantdan istifadə edildi.
Mexanizm belədir: Neft Fondu öz valyuta ehtiyatlarından müəyyən hissəsini uzunmüddətli depozit formasında ölkənin bank sektorunda saxlayır, həmin ehtiyatlardan borcların qaytarılması üçün resurs kimi istifadə olunur.
Bu variant isə Fondun aktivlərini perspektivdə əriməsi üçün riskli variantdır. Məsələn, Beynəlxalq Bank 1 illiyə qoyulmuş, amma xarici borca yönəlmiş depoziti gələn il necə qaytaracaq? Fikrimcə qaytara bilməyəcək...
Bu variantlar bəlkə doğrudan da manatı qorumağa kömək edə bilər, amma xarici valyuta sərvətlərimizi qorumağa çətin ki...

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun