Almaniya hökuməti Tunis vətəndaşının tapılması üçün 100 min avro mükafat təyin edib

Almaniya hökuməti Tunis vətəndaşının tapılması üçün 100 min avro mükafat təyin edib
22 Dekabr 2016
Mətni dəyiş
Almaniya hökuməti Berlində terror aktı törətməkdə şübhəli bilinən şəxsin yeri barədə məlumata görə 100 min avro mükafat təyin edib.
APA-nın xəbərinə görə, bu barədə “Bild” qəzeti məlumat verib.
“Tunis vətəndaşı Anis Amri rəsmi olaraq axtarışa verilib. Onun yeri barədə məlumata görə 100 min avro mükafat təyin edilib”, qəzet yazıb.
Dekabrın 19-da Berlində bayram yarmarkasında naməlum şəxs yük maşınını insanları üstünə sürüb. İnsident nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Sürücü hadisə yerindən qaçıb, maşında olan digər şəxs isə ölüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun