Ağabəy Əsgərov: “DTX-nin həbs etdiyi şəxslər "reket" jurnalist yox, Eldar Mahmudovun adamlarıdır”

Ağabəy Əsgərov: “DTX-nin həbs etdiyi şəxslər "reket" jurnalist yox, Eldar Mahmudovun adamlarıdır”
10 Dekabr 2016
Mətni dəyiş
“Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov Dövlət Təhlükəsizlik Xidmətinin "reket" jurnalistlərə qarşı əməliyyatına münasibət bildirib.
A. Əsgərov bildirib ki, DTX tərəfindən keçirilən əməliyyatda həbs olunanlar "reket" jurnalistlər deyil. O qeyd edib ki, “Azərbaycan” Nəşriyyatında "reket" jurnalist yoxdur: “DTX-nin həbs etdikləri jurnalist olsaydı, onları çoxdan nəşriyyatdan çıxarardıq. Onların Mətbuat Şurasının “qara siyahısı”nda da adları yoxdur. Biz bu “qara siyahı”ya ciddi əməl edirik. Siyahıya düşən redaksiyaları nəşriyyata buraxmırıq. DTX tərəfindən həbs olunan adamlar keçmiş nazir Eldar Mahmudovun cinayət qruplaşmasının üzvləridir. Eldar Mahmudov istədiyi şəxsi bu "jurnalistlər" vasitəsilə qaralayır, pul alır, şantaj edir və yaxud həbs edirdi”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun