4 min döyüşçü Hələbdən çıxıb

4 min döyüşçü Hələbdən çıxıb
22 Dekabr 2016
Mətni dəyiş
Beynəlxalq Qızıl Xaç Komitəsi Hələbdə davam edən evakuasiyalar çərçivəsində 4 min döyüşçünün gecə saatlarında şəhərdən çıxdığını açıqlayıb.
Beynəlxalq Qızıl Xaç Komitəsi (ICRC) sözçüsü Krista Armstrong tərəfindən verilən açıqlamada bu ifadələrdən istifadə edilib:
"Cümə axşamına keçən gecə, son mərhələlərinə gələn evakuasiya prosesi çərçivəsində 4 mindən çox döyüşçü öz xüsusi avtomobilləriylə şəhərdən çıxdı və müxaliflərin idarəsindəki Qərbi Hələbə çatdı. Bu proses bütün tərəflər arasında əldə olunan razılaşma çərçivəsində reallaşdı."
Beləliklə, arada bir dayansa da, bir həftədən bəri davam edən evakuasiyalar zamanı Hələbdən çıxanların sayı təxminən 34 min nəfərə çatıb.
Armstronq güclü qar yağan bölgədə prosesin davam edəcəyini söyləyib:
"Köçürülmə bütün gün davam edəcək. Gecə saatları ərzində və böyük ehtimalla sabaha qədər da davam edə bilər. Minlərlə insan hələ azad edilməyi gözləyir."
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun