Thomas Coville yelkənli qayıqla səyahətdə dünya rekordunu yeniləyib

Thomas Coville yelkənli qayıqla səyahətdə dünya rekordunu yeniləyib
26 Dekabr 2016
Mətni dəyiş
Fransa vətəndaşı Thomas Coville yelkənli qayıqla təkbaşına dünya səyahətinin müddətinə görə dünya rekordunu yeniləyib. Bu barədə BBC məlumat verir.
Gənc səyahətini 49 gün və 3 saatda bitirib.
Daha öncə rekordu yeniləmək üçün beş dəfə cəhd edən Coville bu müddət ərzində gün ərzində ən çox 3 saat yata bildiyini bildirib.
Qeyd edək ki, daha öncəki rekord nəticə fransız Francis Joyon-ə məxsus idi. O səyahəti üçün 57 gün və 13 saata tamamlamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun