Əmanətlər azalır

Əmanətlər azalır
3 Dekabr 2016
Mətni dəyiş
2016-cı il noyabrın 1-nə əhalinin bank əmanətləri 7 milyard 413,1 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB-dən) məlumat verilib.
Bu ilin oktyabr ayında əhalinin əmanətlərində artım müşahidə olunmuşdu. Noyabrda əhalinin bank əmanətləri əvvəlki ayla müqayisədə 400,8 milyon manat və ya 5,1 faiz azalıb.
Ümumiyyətlə, 2016-cı ilin yanvar-oktyabr aylarında əhalinin bank əmanətləri 21,8 faiz azalıb.
Buna manatın devalvasiyasından sonra maliyyə bazarlarında yaşanan problemlər səbəb olub: onlarla bank bağlanıb, qorunmayan əmanətlər kimi vətəndaşlara və hüquqi şəxslərə məxsus milyonlarla manat batıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun