Dollar dəyişmək üçün - ƏN SƏRFƏLİ BANKLAR

Dollar dəyişmək üçün - ƏN SƏRFƏLİ BANKLAR
8 Noyabr 2016
Mətni dəyiş
Noyabr ayının 8-də  Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Bank VTB” Azərbaycandır. Bu bank Amerika valyutasını 1.7130 manata alır.
Dollar qiymətləri
Dolları ən aşağı qiymətə alan bank  isə “Yapı Kredi Bank ” dır. Bu bankda dolların alış qiyməti 1. 6020 manatdır.
ABŞ dollarının ən aşağı satış qiyməti isə Pakistan Milli Bankının Bakı filialındadır -1.7180 manat.
Dolların ən yüksək satış qiyməti isə 1.7355 manatdır. Bu gün “Atabank”, “Dəmirbank” və “Bank BTB” dolları bu məzənnə ilə satır.
 Avro qiymətləri
Avronu ən baha  satan “Atabank” və Azərbaycan Sənaye Bankı, “Muğanbank”, “NBC Bank”, “Dəmirbank”, “Bank Silk Vey” və “VTB bank” Azırbaycandır. Bu bankda Avropa  valyutasının satış məzənnəsi  1.9160 manat müəyyən edilib. Avronu ən ucuz  “Naxçıvanbank” satır -1.9076 manat.
Avronu  ən ucuz alan isə“Yapı Kredi bank”dır  -1.7689 manat.    Avropa valyutasını ən baha alan isə “Amrahbank”dır. Bu bankda 1 avro  1.8900 manata alınır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun