Velosiped zavodu: "Hazırda CV toplayırıq"

Velosiped zavodu: "Hazırda CV toplayırıq"
7 Noyabr 2016
Mətni dəyiş
“Hazırda 15 işçimiz var. İşçilər qrafikə uyğun olaraq həftə ərzində işə gəlirlər və işə cəlb olunanlar əmək haqqı alırlar. Yeni işçilərdən də cv-lər qəbul olunur, danışıqlar aparılır. Hamılıqla proqramın təsdiq olunmasını gözləyirik”.
Bu haqda modern.az-a “İSMA BİKES” velosiped zavodunun istehsal müdiri və baş direktor vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev məlumat verib. O qeyd edib ki, hazırda bir neçə işçi xaricdə təşkil edilən kurslara cəlb olunub:
“Biz hesab edirik ki, işi mükəmməl bilmək üçün xaricdə kurs keçməkdənsə, Azərbaycanda kurslar təşkil edilməsi daha məqsədə uyğundur. Ona görə də, xaricdən dəvət olunan şəxslər proqram şəklində burda kurs keçəcəklər. İşçilər kurs müddətində həm də işləyib əmək haqqı alacaqlar”. Zavodun indiki mərhələdə fəaliyyətinə gəlincə, E.Əliyev bildirib ki, müəssisə indi qismən fəaliyyət göstərir, 2017-ci ilin I rübündən isə tam gücüylə fəaliyyət göstərəcək.
Qeyd edək ki, prezident İlham Əliyevin də açılışında iştirak etdiyi “İSMA BİKES” velosiped istehsalı zavodu 2016-cı ilin 10 avqustunda fəaliyyətə başlayıb. Açılışda bildirilib ki, müəssisədə ilkin olaraq 60 işçi çalışacaq, gələcəkdə zavodun fəaliyyətinin genişləndirilməsi ilə işçilərin sayının artacağı nəzərdə tutulur.
President.az saytında yerləşdirilən məlumata görə, zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu zavodun məhsulları yüksək keyfiyyəti ilə seçiləcək. Müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodun istehsal gücü ildə 20-30 min velosipeddir. Burada 5 növdə velosipedin istehsalı nəzərdə tutulur. İstehsal edilən velosipedlər həmçinin xaricə də ixrac ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun