Ukraynanın xalq artisti Azərbaycanın Opera və Balet Teatrında çıxış edəcək

Ukraynanın xalq artisti Azərbaycanın Opera və Balet Teatrında çıxış edəcək
23 Noyabr 2016
Mətni dəyiş
Akademik Opera və Balet Teatrında dekabrın 10-da Pyotr Çaykovskinin "Qu gölü" tamaşası nümayiş etdiriləcək.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşada "Qu gölü" baletinin baş rolunu ifa etmək üçün Ukrayna Milli Operasının prima-balerinası, Ukraynanın xalq artisti Tatyana Qolyakova dəvət olunub.
Teatrdan bildirilib ki, onun tərəf müqabili digər bir ukraynalı balet ulduzu, beynəlxalq müsabiqələr laureatı Viktor İşşuk olacaq.
Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun