Ukrayna prezidenti sərvətini açıqlayıb

Ukrayna prezidenti sərvətini açıqlayıb
2 Noyabr 2016
Mətni dəyiş
Ukraynada uzun zamandır gündəmin ən vacib məsələlərindən biri dövlət adamları və məmurların elektron bəyannamə vasitəsilə mal-mülk və gəlirlərini açıqlamalarıdır.
Bəyannəmələrin doldurulması üçün verilən vaxtın bitməyinə yarım saat qala prezident Poroshenko mal və gəlirini bəyan edib. Poroshenko-nun 858 milyon dollarlıq sərvəti olduğu məlum olub.
Poroşenkonin bəyannaməsinə görə, Ukrayna prezidentinin bank hesablarında 26 milyon 300 min dollar, 14 min 300 avro, 540 min qrivin, həyat yoldaşı Marina Poroşenkonun hesablarında 71 min qrivin və 9 min avro var.
Korrupsiya ilə mübarizə 
Poroşenkonun 30 milyon qrivin dəyərində evi, 6 torpaq sahəsi, dörd evi, həyat yoldaşının yaz mülkü və bir torpaq sahəsi var.
Mercedes-benz avtomobili, Bayliner idman yaxtası olan Ukrayna prezidenti, BMW və Range Rover markalı iki avtomobil icarəyə götürür, Marina Poroşenkonun Jaguar-ı, övladlarının 3 Mercedes-i var. Həmçinin, Poroşenko bəyannaməsində özünün və həyat yoldaşının sahib olduğu sənət əsərləri, saatlar, zinət əşyaları, dəyərli aksesuarları qeyd edib.
Ukrayna prezidenti sosial şəbəkədə bu barədə qeyd edib. O bildirib ki, sahib olduğu daşınan və daşınmaz əmlaknın böyük hissəsi prezidentlikdən əvvəl əldə olunub: "Şirkətlər bizneslə məşğul olduğum dövrdə yaradılıb".
Qida, mətbuat, yeyinti sahəsində fəaliyyət göstərən Petro Poroşenko Forbes jurnalına görə 858 milyon dollar sərvəti ilə Ukraynanın altıncı ən zəngin adamıdır.
Dövlət orqanları və yüksək vəzifəli məmurlar arasında rüşvət və korrupsiya hallarının geniş yayıldığı Ukraynada elektron bəyannamə proqramı ilə məmurların vergi bəyannamələrinin sadələşdirilməsi və korrupsiya ilə mübarizə hədəflənir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun