Türkiyədə yataqxanada dəhşətli yanğın - 12 ölü

Türkiyədə yataqxanada dəhşətli yanğın - 12 ölü
30 Noyabr 2016
Mətni dəyiş
Türkiyənin Adana şəhərində məktəbli qızların qaldığı yataqxanada dəhşətli yanğın baş verib.
Abzas.net "Doğan" xəbər agentliyinə istinadən xəbər verir ki, Adana şəhərinin Aladağ rayonunda 3 mərtəbəli qızlar yataqxanasında baş verən yanğın nəticəsində 11-i şagird, 1-i personal olmaqla 12 nəfər həlak olub, 22 nəfər də yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
200 şagirdin yaşadığı yataqxanada, bəzi şagirdlərin itkin olduğu da gələn məlumatlar arasındadır.
Yanğının səbəbi araşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun