Türkiyədə ikinci böyük müxalif partiya parlamenti boykot etdi

Türkiyədə ikinci böyük müxalif partiya parlamenti boykot etdi
6 Noyabr 2016
Mətni dəyiş
"Millətin mandat verdiyi şəxslər parlamentin fəaliyyətində iştirakdan imtina edirsə, millətə həqarət etmiş olurlar"
Türkiyə baş naziri Binəli Yıldırım Xalqların Demokratik Partiyasının (HDP) Türkiyə Böyük Millət Məclisinin fəaliyyətində iştirak etməkdən imtina etməsinə münasibət bildirib.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, B. Yıldırım deyib ki, millətin mandat verdiyi şəxslər parlamentin fəaliyyətində iştirakdan imtina edirsə, millətə həqarət etmiş olur.
Baş nazir bildirib ki, yol yaxınkən HDP yanlış yoldan qayıtmalıdır: ” Parlamentə gəlin, fikrinizi ifadə edin. Siz milli iradəni tanımasanız, millət də sizi  tanımaz”.
B. Yıldırım qeyd edib ki, bir zaman hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bağlanılması məsələsi gündəmə gələrkən, AKP məhkəmədə özünü müdafiə edib:
binali yıldırım
“Biz prokurorluğu, məhkəməni tanımadığımızı bəyan etmədik. AKP məhkəmədə özünü müdafiə etdi və partiyamızın bağlanmaması barədə qərar çıxarıldı. Əgər prokurorluq HDP deputatlarını ifadə vermək üçün çağırırsa, biz hüquq dövlətində yaşayırıq, gedib ifadə verəcəksiniz. Əgər getməyəcəksinizsə, hüquq dövlətində lazımi addım atılacaq. Hüqüq dövlətində səhv edən buna görə cavab vermək məcburiyyətindədir. Terror təşkilatına dəstək verənlər bunun qarşılığını görəcəklər”.
Qeyd edək ki, terror fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində partiyanın iki həmsədri də daxil olmaqla, HDP-nin 9 deputatı həbs edilib. HDP bu gün Bu gün Türkiyə Böyük Millət Məclisində fəaliyyətini dayandırdığını bəyan edib. HDP  deputatlarının sayına görə parlamentdə üçüncü partiyadır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun