Trumpın ulduzunu "söndürən" Otisi 3 illik həbs cəzası gözləyir

Trumpın ulduzunu "söndürən" Otisi 3 illik həbs cəzası gözləyir
19 Noyabr 2016
Mətni dəyiş
ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trumpın Hollywooddakı Şöhrətlər Keçidində olan "ulduzunu" parçalayan Jamie Otis, vandalizm ittihamıyla mühakimə olunacaq.
Los Angeles Prokurorluğundan verilən açıqlamada, ABŞ-da prezident seçkiləri davam edərkən Respublikaçı namizəd Trumpın ulduzunu sökməyə çalışan Otisin vandalizmlə günahlandırıldığı bildirilib. Otisi 3 ilə qədər həbsin gözlədiyini, girov haqqının isə 20 min dollar olduğu açıqlanıb.
"Otis Elevator" şirkətinin varislərindən Jamie Otis 26 oktyabrda inşaat işçisi geyimində Donald Trump yazılı ulduzu parçalamışdı.
Hərəkətini reallaşdırmaq üçün bir neçə gecə bölgədə qaldığını və əsl məqsədinin ulduzu söküb, onu Trumpın təhqir etdiyi qadınlar üçün satmaq olduğunu vurğulayan Otis, "Bəli, bunu etdim və çox xoşbəxtəm, bundan qürur duyuram", deyə bildirmişdi.
"Qanunları çeynədiyimi, vandallıq etdiyimi qəbul edirəm. İndi də gedib cəzamı çəkəcəm. Bu Trumpın heç vaxt etmədiyi bir şeydir", ifadələrini istifadə edən Otis, polisə təslim olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun