SOCAR neft və qaz hasilatının maya dəyərini açıqlayıb

SOCAR neft və qaz hasilatının maya dəyərini açıqlayıb
30 Noyabr 2016
Mətni dəyiş
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 2015-ci ildə 1 ton neft (7,3 barel) istehsalının maya dəyəri 94,74 manat, 1 000 kubmetr qazın faktiki istehsal maya dəyəri isə 39,74 manat təşkil edib. Beləliklə, SOCAR-a 1 barel neft təxminən 13 manata (7,5 dollar) başa gəlib.
Şirkətin illik hesabatına görə, neftin maya dəyəri əvvəlki il ilə müqayisədə 3,11 manat və ya 3,4%, qaz istehsalının maya dəyəri isə 2,55 manat və ya 6,8% artıb.
Hesabata əsasən, ötən il neft hasilatı üzrə cəmi istehsal xərcləri 697,230 mln. manat təşkil edib. Şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 4,3%, əmək haqqı xərcləri 14,6%, sosial ehtiyaclara ayırmalar 2,9%, ammortizasiya ayırmaları 17,5%, təmir xərcləri 10,4%, əsas vəsaitlərə texniki xidmət 2,1%, nəqliyyat xərcləri 18,6%, mədən vergisi 10,7% və s. olub.
Ötən il qaz hasilatı üzrə cəmi istehsal xərcləri 240,142 mln. manat olub. Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 3,5%, əmək haqqı xərcləri 9,9%, sosial sığorta ayırmaları 2,0%, ammortizasiya ayırmaları 31,1%, təmir xərcləri 9,0%, əsas vəsaitlərə texniki xidmət 1,8%, nəqliyyat xərcləri 17,2%, mədən vergisi 14,9% və s. təşkil edib. Şirkət üzrə 1 000 kubmetr əmtəəlik qazın maya dəyəri 2014-ci illə müqayisədə 2,55 manat (6,8%) artıb.
Qeyd olunub ki, neftin maya dəyərinin artması əvvəlki ilə nisbətən əsas vəsaitlərin ammortizasiyası, nəqliyyat xərcləri, digər vergilər, digər xidmətlər və digər xərclərin artması hesabına baş verib: “Belə ki, əsas vəsaitlərin ammortizasiyası üzrə xərclər 19,888 mln. manat (19,4%), əsas vəsaitlərə texniki xidmət xərcləri 0,333 mln. manat (2,3%), nəqliyyat xərcləri 18,487 mln. manat (16,7%), digər vergilər üzrə 6,047 mln. manat (20,6%), digər xidmətlər 4,819 mln. manat (15,6%) və digər xərclər üzrə 12,326 mln. manat (49,1%) artıb. Qazın maya dəyərinin artması 2014-cü ilə nisbətən əsas vəsaitlərin ammortizasiyası, nəqliyyat xərcləri, mühafizə xərcləri, digər vergilər və digər xərclərin artması hesabına baş veribr. Belə ki, əsas vəsaitlərin ammortizasiyası üzrə xərclər 3,295 mln. manat (4,6%), nəqliyyat xərcləri 1,280 mln. manat (3,2%), mühafizə xərcləri 0,748 mln. manat (22,0%), digər vergilər üzrə 1,642 mln. manat (20,0%) və digər xərclər üzrə 0,629 mln. manat (13,4%) artıb”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun