Schulz AP sədrliyindən gedir

Avropa Parlamentinin sədri Martin Schulz bu vəzifə üçün təkrar namizəd olmayacağını açıqlayıb.
Səlahiyyət müddəti 2017-ci ilin yanvar ayında bitən Schulz bildirib ki, gələn il Almaniyada Federal seçkilərdə Sosial-Demokrat Partiyasının Şimali Ren Vestfalya əyalətindən namizədliyini irəli sürəcək.
“Avropalılar dəyərlərinin və inanclarının arxasında durmalıdır. Bizdən əvvəlki nəsillərin yaratdığını biz gücləndirmək və müdafiə etmək məcburiyyətindəyik. Bu gündən etibarən Avropa proyekti uğrunda beynəlxalq arenada mübarizə aparmağa davam edecəm”-deyə Schulz qeyd edib.