Sabiq prezident korrupsiya ittihamı ilə həbs edilib

Sabiq prezident korrupsiya ittihamı ilə həbs edilib
1 Noyabr 2016
Mətni dəyiş
Salvador prokurorları bildirir ki, sabiq prezident Antonio Saca qanunsuz yolla zənginləşməkdə və çirkli pulların yuyulmasında təqsirli bilinərək həbs edilib.
Saca idman radiosunun sabiq aparıcısı olub və 2004-2009-cu illər arası Millətçi Respublikaçı Alyans siyasi partiyasından prezidentlik vəzifəsinə seçilib. O, ötən şənbə günü həbs edilib.
Rəsmilərə istinadən onun hakimiyyəti dövründə fərqli vəzifələrdə çalışan altı digər rəsmi də həbs edilib.
Prokurorlar deyib ki, Saca ofisdə olduğu müddətdə əldə etdiyi 6.5 milyon ABŞ dollarından 5 milyonunun əldə edildiyi mənbə barədə açıqlama verməyib.
O, ofisə seçilərkən 3.6 milyon dolları olduğunu elan etmişdir. Beş il sonra isə onun pulunun miqdarı 13.1 milyon dollara qədər artmışdı.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun