Saakashvili Ukraynada hakimiyyət uğrunda mübarizəyə başlayır [Fotolar]

Saakashvili Ukraynada hakimiyyət uğrunda mübarizəyə başlayır [Fotolar]
20 Noyabr 2016
Mətni dəyiş
Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mikhael Saakashvili Ukraynada yeni siyasi qüvvənin yaradılması istiqamətində işə başladıqlarını bəyan edib.
Bu barədə keçmiş prezident sosial şəbəkədə məlumat aylaşıb. O bildirib ki, noyabrın 19-da Ukraynanın hər tərəfindən 100-ə yaxın təşəbbüskar onların ofisinə gəlib:
"Görüşümüz təhlükəsizlik orqanının əməkdaşlarının müşahidəsi ilə keçsə də, hər kəsdə eyni əhval var idi - biz yeni və çox vacib bir şey yaradırıq və qoca siyasi klanlar bizləri durdura bilməyəcəklər. Biz Ukraynanın bütün regionlarında işə başlamışıq artıq. Qərar verdik ki, biz Yeni Qüvvə Hərəkatıyıq! Məhz "Hərəkat" sözü etdiklərimizi yansıdır, o, dəyişikliklərin simvoludur, qələbənin simvoludur".
Saakashvili bildirib ki, onların möhkəm komandaları var və komanda işinə hazır olanları, aktivistləri və həmkarlarını noyabrın 27-si keçirəcəkləri "Açıq Rada"ya dəvət etmək istəyir.
"Bütün demokratik siyasi qüvvələri Açıq Radada birləşməyə çağırıram. Biz ölkədə kardinal hakimiyyət dəyişikliyinə başlayırıq. Uğursuz parlamentin ikinci illiyində öz tələblərimizi irəli sürərək siyasi elitanın yenilənməsinə başlayacağıq", - deyə keçmiş qubernator bildirib.
saakashvili saakashvili

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun