Saakashvili: "İstefa verərək, yeni mübarizə dövrünə qədəm qoyuram"

Saakashvili: "İstefa verərək, yeni mübarizə dövrünə qədəm qoyuram"
9 Noyabr 2016
Mətni dəyiş
Ukraynanın korrupsiyaya son qoymaq üçün Odessa şəhərinə qubernator təyin etdiyi Gürcüstanın sabiq prezidenti Mikheil Saakashvili istefa verib. O, istefaya səbəbin korrupsiyanın Kiyev hökumətinin yüksək təbəqələrində olduğunu bildirib.
Cənab Saakashvili-ni bu vəzifəyə keçən il prezident Petro Poroshenko bu liman şəhərini bürüyən müşəşəkkil cinayətkarlıqdan təmizlənməsi məqsədilə təyin etmişdi.
Lakin bazar ertəsi cənab Saakashvili prezident Poroshenko-nun əməl etmədiyi vədlərindən təngə gəldiyini dilə gətirib. "Mən istefa verərək, yeni mübarizə dövrünə qədəm qoyuram."
Ukraynadakı vəzifəsinə görə Gürcüstan vətəndaşlığından imtina edən təyin olunan cənab Saakashvili Odessada müxbirlərə deyib ki, prezident şəxsən özü Odessa regionunda hökumətlə birbaşa əlaqəsi olan iki cinayətkar qruplaşmanın arxasında durur.
"Prezident şəxsən iki klanı dəstəkləyir," Saakashvili bildirib. "Odessa yalnız onda inkişaf edə bilər ki, Kiyev bu rüşvətxorlardan, mütəşəkkil cinayət şəbəkələrindən və dərəbəylikdən azad edilsin."
Hazırkı hökumətin Maydan hərəkatı ideyalarına xəyanət etdiyini vurğulayan sabiq Gürcüstan islahatçısı Ukraynaya qanun aliliyi gətimrək üçün sonadək mübarizə aparacağını bəyan edib.
Ukrayna prezidenti Petro Poroshenko cənab Saakashvili-nin istefası ilə bağlı heç bir açıqlama verməyib. Lakin əvvəllər onun tərəfdarları keçmişdə prezidentin tənqidçilərini öz uğursuzluqlarının məsuliyyətini hökumətin boynuna yıxmaqda günahlandırıb.
2004-cü ildə Qızılgül İnqilabının ardınca Gürcüstanda hakimiyyətə gəlmiş ABŞ təhsilli Mikheil Saakashvili həmin ölkədə nəhəng siasi-iqtisadi islahatlar aparmağa nail oldu. Saakashvili-nin kommunist ənənələrinə qarşı yönəlik islahatları nəticəsində sabiq sovet respublikasında bir çox korrupsiya mənbələri qapadıldı, qanun aililiyinin bərpası yönümündə nailiyyətlər əldə edildi.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun