Səhiyyə və Təhsil nazirliklərinə ayrılacaq vəsaitin məbləği artırılıb

Səhiyyə və Təhsil nazirliklərinə ayrılacaq vəsaitin məbləği artırılıb
21 Noyabr 2016
Mətni dəyiş
Gələn ilin dövlət büdcəsindən Səhiyyə Nazirliyinə 2 111 158 manat vəsait ayrılacaq.
Bu barədə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi” layihəsində bildirilib.
Bu rəqəm 2016-cı ildə 1 876 023 olub. 2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 235 135 manat çoxdur.
Təhsil Nazirliyinə isə 9 292 955 manat ayrılıb. Bu rəqəm cari il üçün 8 210 634 manat olub. 2017-ci ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 1 082 321 manat çoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun