Roman Qriqorçuk: "Psixoloji cəhətdən rəqibdən üstünük"

Roman Qriqorçuk: "Psixoloji cəhətdən rəqibdən üstünük"
23 Noyabr 2016
Mətni dəyiş
UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun “Qəbələ” – “Anderlext” oyunundan öncə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib.
Qriqorçuk şanslarının tükəndiyini açıqlayıb və sözlərinə belə davam edib:
“Turnir cədvəli baxımından 1/16 finala yüksəlmək şansımız qalmayıb. Lakin buna baxmayaraq, sabah yaxşı oyun nümayiş etdirmək istəyirik. Avropa Liqasının hər oyunu bizim üçün böyük hadisədir. Bütün rəqiblərimizin bizdən güclü olduğunu, şansımızın da qalmadığını başa düşürük. Amma biz ən yaxşı oyunumuzu göstərsək, qələbə imkanımız yaranacaq. “Sent-Etyen”lə görüşdə buraxdığımız səhv qələbə arzumuzun üstündən xətt çəkdi. Bu dəfə səhv etməməliyik. Uğur da tərəfimizdə olmalıdır. Bir müddət öncə zədəli olan Baqali Dabo və Nika Kvekveskiri artıq sıraya qayıdıblar. Amma Sergey Zenyov meydana çıxa bilməyəcək. “Anderlext”lə qarşılaşmada heyətdə elə futbolçular yer alacaq ki, onlar öncəki matçlarda az şans qazanıblar. Bu oyunçuların nə qədər hazır olduqlarını göstərməsini istəyirik. Avropa Liqasının qrupuna çıxıb, 6 oyun keçirmək futbolçunun təcrübəsini artırması üçün yaxşı şansdır. O, belə turnirlərdə özünü yaxşı tərəfdən göstərsə, digər klubların diqqət mərkəzinə düşür. Bu üzdən də komandamızdakı motivasiya yüksək səviyyədədir. “Anderlext” son matçlarda istədiyi oyunu göstərə bilmir. Psixoloji cəhətdən rəqibdən üstünük. Lakin futbolda ustalıq səviyyəsi baxımından üstünlük daha vacibdir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun