Qiyas İbrahimin anası Çində həbsdə olan professor İlham Tohtiyə ürək-dirək verib

Qiyas İbrahimin anası Çində həbsdə olan professor İlham Tohtiyə ürək-dirək verib
20 Noyabr 2016
Mətni dəyiş
Beynəlxalq Hüquq Müdafiə Təşkilatı "Amnesty İnternational" “2016 - Hüquqlar üçün yaz – Məktub zənciri” kampaniyasına başlayıb.
Təşkilat dünyada ifadə azadlığı, siyasi baxışlarına görə həbs edilmiş və ya təqib olunan insanların ailə və dostlarının bir-birinə məktub yazmasını təşkil edib.
Misirdə həbsdə olan tanınmış fotoqraf Shawkan-ın dostu Azərbaycanlı məhbus, “heykələ yazdığı” üçün həbs edildiyi bildirilən Qiyas İbrahimova dəstək məktubu yazıb. Qiyas İbrahimovun adından isə onun anası Şura Əmiraslanova Çində həbsdə olan professor İlham Tohtiyə ürək-dirək verir, həmrəylik göstərir:
“Əziz Tohti. Mənim oğlum siyasi məsələlərə görə həbsxanadadır. İstəyirəm bir şeyə inanasan: sən tezliklə azadlıqda olacaqsan”.
Məktub zəncirində Rusiyada sürgün həyatı keçirən Edward Snowden də yazdığı məktubunda oğurlanmaq və öldürülmək təhlükəsi altında olan azyaşlı albinis Annie Alfredə ürək-dirək verib.
"Amnesty International" 1961-ci ildə Londonda təsis olunub. Təşkilat dünyada insan haqlarının pozulmasının monitorinqini aparır, hüquqları müdafiə edir, insan haqlarının durumu ilə bağlı ölkələr üzrə ətraflı hesabatlar hazırlayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun