“Qarabağ”dan vacib qələbə

“Qarabağ” FK cümə axşamı Selanikdə yerli PAOK-u 1:0 hesabı ilə məğlub edərək, Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Avropa Liqasının 1/16 finalına çıxmaq şansını xeyli yaxşılaşdırıb.
69-cu dəqiqədə yeganə qolu əvəzə çıxan “Qarabağ”ın yarımmüdafiəçisi Miçel atıb. Cərimə meydançası önündə topu alan Miçel onu dəfedilməz zərbə ilə rəqib qapısına göndərib.
İki həftə əvvəl “Qarabağ” PAOK-u yenə 2:0 hesabla məğlub etmişdi.
J qrupunun digər maçında İtaliyanın “Fiorentina” klubu Çexiyanın “Slovana” klubunu əminliklə məğlub edib – 3:0. 4 oyundan sonra qrupa 10 balla “Fiorentina” liderlik edir, ikinci yerdə 7 balla “Qarabağ” gəlir, PAOK 4 balla üçüncü yeri tutur. Qrupun turnir cədvəlində sonuncu yeri cəmi 1 balla “Slovan” tutur.
“Qarabağ”ın qalan iki oyunu “Slovan”la rəqib meydançasında və “Fiorentina” ilə öz meydançasında keçiriləcək.

 

MƏNBƏContact
Əvvəlki məqaləTürkiyədə Facebook və Twitter-ə giriş əngəllənib
Növbəti məqalədəManat hərrac olmadan da ucuzlaşır