"Qəbələ"nin acı məğlubiyyəti

"Qəbələ"nin acı məğlubiyyəti
25 Noyabr 2016
Mətni dəyiş
Bu gün Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilir.
Turnirdəki iki təmsilçimizdən biri olan "Qəbələ" bu gün keçirdiyi "Anderlext" ilə oyunda qrupdakı ilk xallarını qazanmaq arzusunda idi. Ancaq bu baş tutmadı.
Belə ki, rəqib komandanın 11-ci dəqiqədə vurduğu qol erkən cavab verən "qırmızı-qaralar" oyun boyu rəqibini məğlub etmək üçün kifayət qədər şans yaxalayıb. Ancaq ikinci hissənin gedişində Dabonun zədələnərək meydanı tərk etməsi və Rəşad Eyyubovun hücumları ləngitməsi, bu azmış kimi son dəqiqələrdə qırmızı vərəqə alması komandamızın fərqlənməsinə mane olub.
Rikardinyonun 75-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməsinin ardından, hakimin ikinci dəfə zərbəni təkrar etməsi və ikinci dəfə qolun vurula bilməməsi "Qəbələ"nin acı məğlubiyyəyətinə səbəb olub.
Təmsilçimiz son dəqiqələrdə qapısında 2 top görüb və 5-ci matçında 5-ci dəfə meydanı başı aşağı tərk edib.
Qeyd edək ki, "Qəbələ" növbəti matçını səfərdə Almaniyanın "Maynts" komandasına qarşı keçirəcək.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun