Putin Ermənistanla birgə qoşun qruplaşmasının yaradılmasını təsdiq edib

Putin Ermənistanla birgə qoşun qruplaşmasının yaradılmasını təsdiq edib
14 Noyabr 2016
Mətni dəyiş
Rusiya Dövlət Başçısı Vladimir Putin Rusiya və Ermənistanın birgə qoşun qruplaşmasını nəzərdə tutan sazişi təsdiq edən sərəncam imzalayıb.
Rusiyanın müdafiə nazirliyinə, xarici işlər nazirliyinin iştirakı ilə Ermənistan tərəfi ilə danışıqlar aparılması və sazişin Rusiyanın adından imzalanması tapşırılıb.
Müqavilə uzadılmaq şərti ilə 5 il müddətinə imzalanacaq.
Yəni tərəflərdən heç biri etiraz etməsə, müqavilə avtomatik daha 5 il uzanacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun