Ömürlük məhbusa əlavə cəza verilib

Ömürlük məhbusa əlavə cəza verilib
10 Noyabr 2016
Mətni dəyiş
Aslan Aslanovun oğlunun ölümünə görə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum olunmuş Vüqar Əliyevlə bağlı qalmaqal hələ də davam edir.
Bu barədə məhkumun anası Məlahət İsmayılova məlumat verib.
“Lamiyə Quliyevə azadlığa çıxandan sonra biz də ümid edirdik ki, Vüqarı da buraxa bilərlər. Amma əksinə oldu. Bundan sonra ona təzyiqlər artmağa başladı. Buna görə etiraz olaraq bir neçə dəfə aclıq aksiyası keçirib. Bununla da kifayətlənməyib ona əlavə cinayət işi açılıb və Qaradağ məhkəməsinin hökmü ilə ona bir il həbs cəzası verilib”, -deyə Məlahət İsmayılova bildirib.
Məlahət İsmayılova oğluna istinadən bildirir ki, bütün bu işlərin sifarişçisi Aslan Aslanovun Ədliyyə Nazirliyində işləyən oğlu Turqay Aslanovdur. Həmçinin onu da qeyd edib ki, Lamiyə Quliyevaya  iki dəfə yenidən cinayət işi açılmışdı. Amma Ədliyyə sistemində baş verən biabırçı hadisəyə görə onu azadlığa buraxmaq məcburiyyətində qaldılar. İndi də Vüqara təzədən cinayət işi açılması təsadüfi deyil.
Məhkumun anası oğlu ilə bağlı yeni hökmdən apellyasiya şikayəti verildiyini də bildirib. Noyabrın 7-də ilkin baxış iclası keçirilib. Cinayət kollegiyasının sədri Rizvan Səfərovun sədrliyi ilə məhkəmə baxışı noyabrın 16-da davam etdiriləcək.
Məlahət İsmayılova bunu da təsadüfi hesab etməyib. O,  bildirib ki, 2003-cü ildə Vüqar Əliyevin Apellyasiya məhkəməsi Bayıldakı istintaq təcridxanasında qapalı keçirilmişdi. Cəmi bir neçə dəqiqə çəkən prosesi o vaxt Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının sədri Şahin Yusifov aparmışdı.
Vüqar Əliyev məhkəmə prosesində ilkinc faktlar açıqlayacağının da anonsunu verib. “Bu məhkəmə Vüqarın son illər jurnalistlər qarşısına çıxa biləcəyi bir prosesdir. Ona görə bütün mətbuat orqanlarından noyabrın 16-da oğlumun Bakı Apellyasiya məhkləməsindəki prosesində   iştirak etməyi xahiş edirəm”,-deyə Məlahət İsmayılova çağırış edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun