Obamadan İran qərarı

Obamadan İran qərarı
6 Noyabr 2016
Mətni dəyiş
ABŞ prezidenti Barack Obamanın İrana qarşı tətbiq edilən sanksiyaların müddətini 1 il artırdığı bildirilib.
Qərb mətbuatında yayılan xəbərə görə, Ağ Evdən verilən açıqlamada 1979-cu ildə yaşanan İslam İnqilabı əsnasında ABŞ-lı diplomatların əsir alınmasına cavab olaraq İrana qarşı tətbiq edilən sanksiyaların 1 il uzadıldığı ifadə edilib.
Açıqlamada, "İranla əlaqələrimiz hələ normal vəziyyətinə qayıtmayıb və 19 yanvar 1981-ci il tarixli müqavilənin tətbiq prosesi hələ də davam edir. Bu səbəblə 14 noyabr 1979-cu ildə elan edilən fövqəladə hal qüvvədə qalmalıdır", - deyə qeyd edilib.
Xatırladaq ki, İrana istiqamətli beynəlxalq iqtisadi sanksiyalar 2016-cı ilin yanvar ayında aradan qaldırılmışdı. Rəsmi Washington ötən aylarda bəzi şirkətlərin İranda iş görməsinə icazə vermişdi.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun