Obama: "Clintonun namizədliyi tarixi hadisə idi"

Obama: "Clintonun namizədliyi tarixi hadisə idi"
10 Noyabr 2016
Mətni dəyiş
Demokratlar Partiyasının namizədi Hillary Clintonun məğlubiyyəti və Donald Trumpun yeni prezident seçilməsinin ardından ilk açıqlamasını canlı yayımda verən ABŞ prezidenti Barack Obama, "Namizədliyi tarixi hadisə idi. Onunla daha çox qürur duya bilməzdim", - deyə qeyd edib.
Hillary Clintonun seçkidə uduzmasının özünə də çox pis təsir etdiyini, ancaq cəmiyyətin qərarının təyin edici olduğunu ifadə edən Obama, "Onun bu yarışa qatılmış olması mənim üçün çox əhəmiyyətli idi. O bir first lady və New Yorkun inanılmaz senatoru idi. Namizədliyi tarixi hadisə oldu. Onunla daha çox qürur duya bilməzdim. Bütün qız uşaqlarına siyasətdə ən yüksək səviyyəyə gələ biləcəyini göstərdi. Hər kəs üçün böyük işlər etməyə davam edəcək. Bu gün əhəmiyyətli bir söz söylədi. Savaşmağa dəyər bir şey üçün döyüşün əhəmiyyətindən bəhs etdi. Mən də sizə bunu təklif edirəm. Yolun yarısında dayanmayacağıq. Bu gün komandamıza da, başınızı dik tutun dedim", - deyə bildirib.
Obama sözlərinə belə davam edib: "Demokratiyanın təbiəti budur. Belə gurultulu və gərgin vəziyyət ola bilir. Hər zaman ilham verici olmaya da bilər. Bir çox amerikalı xoşbəxtdir, bir qismi isə xoşbəxt deyil. İlk dəfə siyasətə girən insanlara bunu söyləmək istəyirəm: Cəsarətinizi qorumanız lazımdır. Əsla şübhə etməyin, fərq yarada bilməyəcəyinizi əsla düşünməyin. Hər kəs öz komandası matçı itirdiyi zaman üzülə və ümidini itirə bilər. Amma bunu unutmamalıyıq ki hamımız eyni komandadayıq. Əvvəlcə hamımız vətənpərvərik".
Öz siyasi keçmişiylə bu günü də müqayisə edən Obama belə deyib:
"Bəzən bir mübahisəni, bəzən bir seçkini uduza bilərsiniz. Bəzən irəliyə doğru düşünərkən, bəziləri geriyə gediş olduğunu düşünür. Mən də seçkidə məğlub oldum, John Biden itirmədi amma. Siyasət belə işləyir. Biz insanları razı salmaq üçün çox çox səy göstəririk, sonra insanlar səs verirlər. Məğlub olsaq səhvlərimizdən dərs çıxarırıq. Özümüzə gəlməyə çalışırıq və meydanlara təkrar çıxırıq. Həmişə irəliyə doğru gedirik. 240 ildir ki, bizim ölkəmiz bu cür irəliləyib, bu cür sərhədlərin sonuna qədər getməyi bacarıb. Biz bu yolla hüquqlarımızı artıra bilmişik. Mən də bir sonrakı prezidentin müvəffəqiyyətli şəkildə ölkəni idarə edə bilməsi üçün əlimdən gələni etməyə hazıram".
Donald Trumpun zəfərini erkən saatlarda təbrik etdiyini ifadə edən Obama, cümə axşamı günü onunla görüşərək prezident kreslosunun təhvil-təslimi ilə əlaqədar danışacaqlarını söyləyib. Hakimiyyətin yumşaq bir keçidlə təhvil verilməsi lazım olduğunu qeyd edən Obama, "Çox professional davrandılar, rahat bir keçid təmin etdik. Bunu çox tez başa düşürsünüz, prezident və prezident köməkçisi hamımızdan böyük məsələlərdir. Artıq hamımız müvəffəqiyyət istəyirik, birlik olmaq və ölkəni idarə etmək istəyirik. Gücün sülhsevər şəkildə keçidini təmin etmək də demokratiyanın təməllərindən biridir", - deyə bildirib.
ki ay sonra Ağ Evi tərk edəcək olan Obama çıxışını bu cür yekunlaşdırıb:
"Mən və komandam arxamızda 8 il əvvəlki halından daha güclü bir ABŞ qoyaraq ayrılırıq".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun