NATO Rusiyaya qarşı yeni ordu qurur

NATO Rusiyaya qarşı yeni ordu qurur
8 Noyabr 2016
Mətni dəyiş
"Rusiya ilə münasibətlərimiz gərgindir. Bu səbəblə yüz minlərlə hərbçimizi döyüş hazırlığı vəziyyətinə gətirməyi planlaşdırırıq".
Bu barədə lenta.ru "Times" nəşrinə istinadən məlumat verib. Xəbərə görə, bu barədə NATO-nun baş katibi Jens Stoltenberg açıqlama verib.
Onun sözlərinə görə, NATO rəhbərliyi Rusiyadan gələ biləcək təhlükənin qarşısını almaq üçün quru qoşunlarına çoxlu sayda hərbçi hazırlamaq niyyətindədir.
Baş katib, həmçinin deyib ki, NATO uzun illər Rusiyanın gücünü artırdığını, eləcə də müttəfiqləri arasında fəal təbliğat apardığını müşahidə edib.
Mətbuatda dəqiq rəqəmlər verilməsə də, təxminən 300 min əsgərin 180 gün ərzində hazır vəziyyətə gətiriləcəyi güman edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun