Moldovada rusiyapərəst namizəd İqor Dodon prezident seçilib

Moldovada rusiyapərəst namizəd İqor Dodon prezident seçilib
14 Noyabr 2016
Mətni dəyiş

Moldovada prezident seçkilərinin ikinci mərhələsində rusiyapərəst namizəd İqor Dodon qalib gəlib.

Rusiya ilə yaxın əlaqələr quracağını deyən cənab Dodon demək olar ki bütün səsvermə vərəqələrinin hesablanması nəticəsində 52.18 faiz səs toplayıb. Onun avropapərəst rəqibi Maia Sandu isə 47.82 faiz səs yığıb. Bu, Moldovada son 20 ildə keçirilmiş ilk birbaşa prezident seçkiləridir. 1996-ci ildən burada prezidentləri parlament seçirdi. [caption id="attachment_13892" align="alignnone" width="960"]sandu Maia Sandu[/caption] Səsvermə bitdikdən sonra cənab Dodon rəqibini ictimai asayişi qorumağa və etiraz nümayişlərindən yan keçməyə çağırıb. "Seçkilər bitdi", deyən cənab Dodon əlavə edib: "Xalq prezidentini seçib". Seçkilərdə iştirak faizi 53.54 faiz olub. 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini elan edən Moldovanın Moskva ilə tarixi əlaqələri var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun