Milli Şuranın Koordinasiya Mərkəzinin iclası keçirilib

Noyabr ayının 2-də Milli Şuranın Koordinasiya Mərkəzinin  toplantısında ölkədə mövcud siyasi, sosial və iqtisadi durum müzakirə edilib.
KM-nin üzvləri ölkədə yaranmış ağır sosial-iqtisadi vəziyyətdən, böhran meyllərinin dərinləşməsindən, kəskin qiymət artımından ciddi narahatçılıq ifadə ediblər.
Milli Şuranın məlumatında deyilir ki, iclasda oktyabrın 31-də Bakı Apelliyasiya Məhkəməsində Qarabağ qazisi Asif Yusiflinin ədalətsiz hökmünün qüvvədə saxlanmasının sırf qanunsuzluq olduğu bildirilib.
KM-nin üzvü Gözəl Bayramlının açıq telefon nömrəsindən ölümlə hədələnməsi və hüquq-mühafizə orqanlarının ölümlə təhdid faktına biganə qalmasından hiddət ifadə edilib.
Müzakirələrdə həmçinin “Nardaran işi” ilə bağlı məhkəmə prosesində baş verən qanunsuzluqlara toxunulub. Xüsusilə, istintaq zamanı təzyiq və işgəncələr altında ifadə verən şahidlərin açıq məhkəmə prosesində həmin ifadələrdən imtina etdikdən sonra müvafiq polis orqanlarında işgəncələrə məruz qalması və onlardan istintaq zamanı verdikləri ifadələri təsdiq etmələrinin tələb olunması ölkənin hüquq sisteminin hansı təhlükəli həddə gəlib çıxdığının aydın ifadəsi olduğu qeyd edilib.
Müzakirələr zamanı son günlər tanınmış jurnalist Xədicə İsmayıl və ailə üzvlərinin əxlaqsız təhdidlərə və onlayn hücumlara məruz qalması, jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqovun hədələrə məruz qalması kəskin şəkildə pislənilib.
MƏNBƏContact
Əvvəlki məqaləManat hərrac olmadan da ucuzlaşır
Növbəti məqalədə“Freedom House” vəkillərə təzyiqlərə son qoymağı tələb edib