Milli film sənayesi üçün vergi və gömrük güzəştləri tətbiq edilir

Milli film sənayesi üçün vergi və gömrük güzəştləri tətbiq edilir
1 Noyabr 2016
Mətni dəyiş
Azərbaycanda kino çəkilişi üçün idxal olunacaq texniki avadanlıqlar və digər ləvazimatlar gömrük rüsumlarından və vergilərdən azad edilir. Bu barədə APA xəbər verir.
Məlumata görə, bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Gömrük tarifi haqqında” qanuna və Vergi Məcəlləsinə əlavələr müzakirəyə çıxarılıb. “Gömrük tarifi haqqında” qanuna əlavə edilməsi nəzərdə tutulan 20.0.20 maddəsinə əsasən, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə rüsumlardan azad edilir.
Vergi Məcəlləsinə əlavəsi planlaşdırılan 106.1.18-ci maddəyə görə, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında milli filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olur.
164.1.36-cı milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun