Mərkəzi Amerikanın 3 ölkəsi üçün sunami xəbərdarlığı

Mərkəzi Amerikanın 3 ölkəsi üçün sunami xəbərdarlığı
25 Noyabr 2016
Mətni dəyiş
Mərkəzi Amerika ölkələrində hiss edilən 7,2 bal gücündə zəlzələnin ardından El Salvador, Honduras və Nikaraqua üçün sunami xəbərdarlığı edilib.
ABŞ Geoloji Araşdırma Mərkəzindən (USGS) verilən açıqlamada, 7,2 ballıq zəlzələnin El Salvador sahillərinin 154 kilometr uzaqlığında və 33 kilometr dərinlikdə meydana gəldiyi bildirilib.
El Salvadorda zəlzələnin ardından ölkə daxilində hər hansı bir ziyanın dəymədiyi ifadə edilərkən, hökumət ölkə sahilləri üçün sunami təhdidinin yüksək olduğunu elan edib. Daha sonra isə El Salvadorda Sakit okean sahilində yaşayan xalqın köçürülməsi istiqamətində əmr verilib.
Bölgədəki ölkələrdə də hiss edilən zəlzələ sonrasında ABŞ Sakit okean Sunami Mərkəzi Nikaraqua, Salvador və Hondurası əhatə edən sunami xəbərdarlığı barədə məlumat yayıb. Dalğaların zəlzələnin mərkəzinə 300 kilometrlik bir sahədə təsirli ola biləcəyi və yüksəkliklərinin 1 metri tapa biləcəyi qeyd edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun