Məcburi köçkünlər: "Bizə deyirlər gedin ölün" [Foto-video]

Məcburi köçkünlər: "Bizə deyirlər gedin ölün" [Foto-video]
18 Noyabr 2016
Mətni dəyiş
Bu dəfə də təqdim edəcəyimiz mövzu Suriyadakı hansısa qaçqın düşərgəsi, yaxud Əfqanıstandakı kasıb məhəllələri haqda deyil. Bu gün sizə Bakının Xətai rayonunda, Gəncə prospekti 20A ünvanında yerləşən məcburi köçkünlərin yaşadığı qəzalı binadan və sakinlərin yaşayış vəziyyətindən reportaj təqdim edirik. 
Sakinlərin bildirdiyinə görə, binada 120-dən çox ailə yaşayır. Bina 80-ci illərin sonunda tikilib və hazırda uçmaq təhlükəsi ilə üz-üzədir. Məcburi köçkünlər illərdi müraciət etmədikləri dövlət qurumu qalmayıb, amma onların probleminə çarə qılan tapılmır. Deyirlər illərdir, döymədikləri qapı, müraciət etmədikləri dövlıət qurumu qalmayıb.
Binada işğal altında olan rayonların demək olar hamısından mərcburi köçkün yaşayır - Fizulidən, Laçından, Cəbrayıldan, Kəlbəcərdən, Şuşadan, Ağdamdan. Onlar bildirirlər ki, son vaxtlar binanın vəziyyəti lap təhlükəli həddə çatdığından, onlar gecələr evlərində yatmağa qorxurlar. Ona görə uşaqlı, qadınlı binanın həyətındə gecələyirlər, növbə çəkərək hissə-hissə yatırlar.

Sakinlər deyirlər ki, bina sürüşmə zonasında tikildiyinə görə qəzalı vəziyyətə düşüb. Hətta iddia edirlər ki, bina ilkin tikildiyi yerdən 13 metr sürüşüb. Ona görə məmurlar sonradan binanın yuxarı mərtəbələri sökdürüblər ki, ağırlıq azalsın və kritik təhlükə qalmasın. Ancaq vəziyyət uzun müddət belə qaldığına görə son dövrlər binada çatlar yaranmağa və tikili əyilməyə başlayıb.
Məcburi köçkünlər deyirlər ki, təhlükəli və bərbad vəziyyətdə qalmaqlarına baxmayaraq nə millət vəkilləri, nə "Qaçqınkom", nə nazirlər, nə dövlət adamları, nə də televiziyalar gəlib onların problemləri ilə maraqlanmır. Üstəlik, son günlər onların etiraz səsləri qalxandan, problem müstəqil media orqanlarına çıxandan sonra icra hakimiyyətlərinin nümayəndələri, polislər onları hədələməyə başlayıblar ki, bu barədə danışsaz cibinizə narkotika atacağıq, ya da evinizdən silah çıxaracağıq.
Fizulidən məcburi köçkün sual verir ki, dövlət niyə onların qayğısına qalmır? O deyir ki, bina sürüşüb və onun içində yaşamaq mümkün deyil: "Uşaqlarımız, özümüz çöldə qalmışıq. İndiyə qədər yaşamışıq, amma artıq dirənmişik".
Başqa bir bina sakini deyir ki, bina gündən günə əyilir, çökür. O deyir ki, onun 56 yaşı var, o özü heç, bəs uşaqlar yazıq deyil?
Bir qadın məcburi köçkün deyir ki, 3 gün əvvəl binada yenə tərpənmə oldu və onlar evlərindən həyətə çıxdılar, sonra da Gəncə prospektində yolu kəsiblər:
məcburi köçkün
"Polislər bizi yoldan çıxardılar, bildirdilər ki, məmurlar gələcək, sizin probleminizlə məşğul olacaqlar. Amma heç kim gəlmədi. 3-4 gündü vəziyyətimiz belədi, evə qalxa bilmirik, günümüzü ancaq həyətdə keçiririk. Polislərdə gəlib binanın yolunda dururlar ki, amandı birdən yolu kəsərsiz, xəbər gedib prezidentə çıxar. Bizi qorxudurlar, ay dubinka çıxaracağıq, ay həbs edəcəyik. Camaat da qorxub çıxmır".
"Biz hər dəfəsində deyirik ki, biz ev istəmirik, çörək istəmirik, pul istəmirik, heç olmasa hamımıza bir "palatka" verin, həyətdə quraq yaşayaq. Onu da vermirlər", - deyir məcburi köçkün.
Onların dediyinə görə, Fövqəladə Hallar Nazirliyi binanın yararsız olması ilə bağlı rəy verib. Amma aidiyyatı qurumlar məşğul olmurlar: "Deyirlər yıxılıb nə vaxt öləsiz, onda gəlib baxacağıq".

20161117_170123

"Mənim bir axırıncı sözüm var, məni çək. Məni tuturlar, qoyun tutsunlar, mənim uşaqlarım öləndən sonra mənə ondan böyük cəza yoxdu. Gedin verin, məmurlar oxusunlar. Bura gəlməsələr, bizim problemlə maraqlanmasalar, bütün bina sakinləri aclıq aksiyası keçirəcəyik, yolu kəsəcəyik, nə olur olsun əlimizi çəkməyəcəyik bu yoldan. İstəyirlər ki, biz qırlıb ölək, qaçqın biraz azalsın, onların yerləri genəlsin. Sürünürük, az-az qırılırıq. Bu gün-sabah bu uşaqlar qırılacaq, heç əsgər də tapmayacaqlar orduya aparmağa", - deyə bina sakini bildirir.
O əlavə edib ki, prezidentin bu məsələdən xəbəri olsa, çoxdan onların problemi həllini tapardı: "Ancaq məsələnin başında baş nazirdi, Əli Həsənovdu, onlar qoymurlar. Ona görə prezidentə bizim məsələmiz gedib çatmır. Qaçqınların problemi bir nömrəli problemdi Bakıda. Bizə Formula1 yarışı, nə bilim nə yarışı lazım deyil.
Binanın gənc valideynləri və cavanları şikayət edirlər ki, binada ümumiyyətlə illərdir şəraitsizlik, təhlükəli vəziyyət hökm sürür. Belə ki, binanın lift yeri boşdur və ora hər an uşaqlardan, yaxud yaşlılardan kimsə yıxıla bilər.
15110529_1166974256672823_4084766783405898873_o
Qəzalı tikilinin sökülən yuxarı mərtəbəsində isə yaşayan insanlar da var. Onlar deyirlər ki, əlacsızlıqdan məcbur "kartondan", "fanerkadan" otaq düzəldib qalırlar.
Ailə deyir ki, yuxarıdakılara söz demək olmur: "Dedim ki, bəs nə etməliyik, özümüzü öldürək? Dedi ki, fikir özünündü, istəyirsən özünü öldür, istəyirsən ordan at. Orda dedim ki, mümkünü yoxdursa gedək özümüzü öldürək, dedi ki, şəxsi işindi get öldür".
20161117_165506 20161117_171825 20161117_171756 [caption id="attachment_14565" align="alignnone" width="3264"]Binanın divarları müxtəlif yerlərdən çat verib Binanın divarları müxtəlif yerlərdən çat verib[/caption] 20161117_172013 [caption id="attachment_14584" align="alignnone" width="3264"]Beton sütunlar çat verib Beton sütunlar çat verib[/caption] [caption id="attachment_14582" align="alignnone" width="3264"]Binanın damında yaşayan insanlar "kartondan" ev tikib yaşayırlar Binanın damında yaşayan insanlar "kartondan" ev tikib yaşayırlar[/caption] [caption id="attachment_14580" align="alignnone" width="2448"]Bina qəzalı olduğundan beton hissələr qırılıb tökülür Bina qəzalı olduğundan beton hissələr qırılıb tökülür[/caption] [caption id="attachment_14571" align="alignnone" width="3264"]qəzalı bina Binanın beton blokları bir-birindən aralanır[/caption] 20161117_173028 [caption id="attachment_14574" align="alignnone" width="3264"]Məcburi köçkünlər əlacsızlıqdan qəzalı binanın damında yaşadıqlarını deyirlər Məcburi köçkünlər əlacsızlıqdan qəzalı binanın damında yaşadıqlarını deyirlər[/caption] [caption id="attachment_14573" align="alignnone" width="3264"]Məcburi köçkün: "Prezident İlham Əliyev Sərhəd Qoşunları Akademiyasının açılışına gələndə məcburi köçkünlərin binasını rəngləyiblər ki, binanın bərbad vəziyyəti hiss olunmasın" Məcburi köçkün: "Prezident İlham Əliyev Sərhəd Qoşunları Akademiyasının açılışına gələndə məcburi köçkünlərin binasını rəngləyiblər ki, binanın bərbad vəziyyəti hiss olunmasın"[/caption] 20161117_172640 [caption id="attachment_14569" align="alignnone" width="3264"]Binanın divarlarında çatlar yaranır Binanın divarlarında çatlar yaranır[/caption] [caption id="attachment_14567" align="alignnone" width="2448"]Liftin şaxtası açıqdır və sakinlərin həyatı üçün çox təhlükəlidir Liftin şaxtası açıqdır və sakinlərin həyatı üçün çox təhlükəlidir[/caption] [caption id="attachment_14565" align="alignnone" width="3264"]Binanın divarları müxtəlif yerlərdən çat verib Binanın divarları müxtəlif yerlərdən çat verib[/caption] 20161117_171612 [embed]https://www.youtube.com/watch?v=thzBsy5K8gM[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun